YOL  NİŞANLARI

Azərbaycan Respublikası yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün qurulmuş qrafiki nişanlardır. Bu nişanlar Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununa və "Yol hərəkəti və siqnallar" haqqında Vyana konvensiyasına əsasən nizamlanır.

Yol nişanları 7 nişan qrupundan ibarətdir:

  • Xəbərdarlıq nişanları

  • Üstünlük nişanları

  • Qadağan nişanları

  • Məcburi hərəkət istiqaməti

  • Məlumatverici-göstərici

  • Servis nişanları

  • Əlavə məlumatlar.

Xəbərdarlıq nişanları

Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.

Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların  fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.

 Üstünlük nişanları

Üstünlük nişanları yolayrıclarını, yolun hәrәkәt hissәsinin kәsişmәlәrini, habelә әks istiqamәtlәrdә hәrәkәt edәn iki nәqliyyat vasitәsinin eyni zamanda keçmәsinә imkan vermәyәn dar sahәlәrini keçmәk növbәliliyini göstәrir.Üstünlük nişanları başqa qruplardan toplandığına görә vahid forma vә rәng fonuna malik deyildirlәr.

  Qadağan nişanları

  Məcburi hərəkət istiqaməti

Servis nişanları

Servis nişanları yollarda müvafiq obyektlәrin yerlәşmәsi barәdә mәlumat verir. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyәsi vardır. Müvafiq rәmzlәr ağ fon üzәrindә tәsvir olunur. Servis nişanları yaşayış mәntәqәlәrindә bilavasitә obyektlәrin yanında vә ya onlara dönәcәk yerlәrdә quraşdırılır. Yaşayış mәntәqәlәrindәn kәnar yollarda nişanlar әvvәlcәdәn göstәrilәn obyektdәn 60—80 kilometr, 15—20 km vә 400—800 metr aralıda quraşdırılır. Yaşayış mәntәqәlәrinin yollarında onları әvvәlcәdәn, göstәrilәcәk obyektlәrdәn 100—150 metr aralı mәsafәdә vә onlara yaxın dönәcәk yerlәrdә quraşdırırlar.

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon