"Azərsığorta" artıq hərbçilərlə bağlı sığorta pulu verməyəcək"

April 20, 2018

 

Azərbaycan Dövləti Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların  həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Bu qaydalar 20 may 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir və həmin qanuna əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Yəni Azərsığorta   şirkətidir).

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər bu sığorta növü ilə dövlət büdcəsi hesabına sığortalanaır.  Elə həmin qanuna əsasən sığorta məbləği maksimal 11000 AZN müəyyənləşdirilmiş, sığorta haqqı isə büdcədən ayrılmaqla sığorta məbləğinin 1 faiz təşkil etməkdədir, yəni hər bir  sığortalı üçün dövlət büdcədən illik 110 AZN sığorta haqqı ödəyir və işlərin aparılmasına görə sığorta şirkətinə xidmət haqqı olaraq sığorta haqqının 10 faizi miqdarında müəyyən edilir.  Göstərilən məsələlər 1997-ci ildən etibarən tənzimləndiyindən bundan əvvəl olmuş hadisələr üçün müəyyən problemlər yaranmışdır. Nəhayət dövlətin maddi durumunun yaxşılaşması və büdcəmizin günü-gündən böyüməsi ilə  vətən uğrunda həlak olmuş şəxslərə qayğı və diqqətin artması səbəbilə 28.01.2014-cü ildə “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “icbari şəxsi sığortanın bəzi maddələrinin şərhi ilə bağlı şərh verdi. Qanunun qüvvəsinin vətəndaşın xeyrinə olmasını səbəb gətirərək həmin sığorta ödənişlərinin 1997-ci ilə qədər baş vermiş hallara da şamil olunmasını bildirdi. Həmin vaxt Məhkəmə çıxarılan Qətnamələr əsasında bəzi vətəndaşlara sığorta kompensasiyası verməyə başladı. Bu hal 5-6 ay çəkdi və kütləvi müraciət, büdcə proqnozlarında və icrasında bu hallarla bağlı pul ayrılmaması bu prosesin ləngiməsinə gətirib çıxardı, nəhayət 2015-ci il devalvasiya və ondan sonrakı illərdə büdcədən ayırmaların olmaması bu problemin indiki vaxta kimi gəlib çıxmasına gətirib çıxardı. Sonuncu dəfə 2017-ci ilin  avqustunda məhkəmə qətnaməsi çıxmış və icraya yönəlmiş işlər üzrə Binəqədi icra şöbəsi “Azərsığorta”nın hesabından hər qətnamə üzrə 10% ödəmə edilməsi üzrə icra hərəkəti etmişdi. Bu da müəyyən problemlər yaratmışdı. 2014-cü ildən qalan bu məsələni Prezident köklü həll etdi. Həm sığorta şirkəti bu yükdən qurtuldu, həm də haqqı olanlara bütövlükdə kompensasiya ödəniləcək. Tək bir məsələ xəsarət alanlarla bağlı açıq qaldı. Hər halda mərhələli olaraq problemin həlli yolundan başqa alternativ yoxdur. Şəhidə verilən qiymət hər zaman dəstəklənməlidir.

 

Digər məsələ isə hazırda bu məsələni icrası ilə illərdir məşğul olan və həll edə bilməyən “Azərsığorta” şirkətindən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsidir.(https://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_erazi_butovluyu_ugrunda_helak_olmus_olmus_ve_herbi_emeliyyatlarla_elaqedar_xebersiz_itkin_dusduyune_gore_olmus_elan_edilmis_herbi_qulluqchularin_aile_uzvlerinin_sosial_mudafiesinin_yaxsilasdirilmasi_ile_bagli_elave_tedbirler_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-1154388#.WthCdTm82Vg.facebook)   

 

Qeyd edilməlidir ki, bu addım da daha irəliyə və qanunvericiliyə uyğun atılmışdır. Çünki bu məsələ sığorta hadisəsi deyil, hazırda sosial məsələ olduğundan həmin qurumun işləri aparması daha məqsədəuyğundur. 8800 ailənin bu sosial təminatdan yararlanması gözlənilir. Fikrimcə Burada 100-lərlə bir hissəsi ödənilmiş qətnamələr qalmışdır. Ona görə də təsadüfi deyil ki, Prezidentin fərmanında 1 və 2 ay müddətinə sənədlərin yığılması və təqdim edilməsi nəzərdə tutulur ki, bu da ehtimal edilir ki, əvvəl qətnaməsi olan şəxslərə veriləcək, daha sonra isə mərhələli şəkildə bu hal davam edəcək. 

İlkin İbrahimov (Fins.az)

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar
Please reload

Arxiv
Please reload

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon