İşəgötürən o süpürgəçinin həyatını sığortalamışdırmı?

March 29, 2018

 

Bir neçə gün bundan qabaq Bakının Sabunçu rayonu ərazisində, hava limanına gedən yolda  “KamAZ” markalı avtomobil yolda təmizlik işləri aparan süpürgəçi qadını vurmuşdur və ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişmişdir. Ümumiyyətlə isə təmizlik işlərinə baxan şəxslərin avtomil qəzalarına səbəb olması respublika ərazisində ildə bir və ya iki dəfə baş verir.  Qeyd edək ki, ölən şəxsin fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

 

Bəs həmin şəxsin həyatı sığortalanmışdırmı?

2011-ci ildə qüvvəyə minmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna görə hər bir işə götürən tabeliyində olan  işçiləri icbari (məcburi) qaydada  sığortalanmalıdır və bu sığorta növü sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. 

Bundan başqa işəgötürən işçilərini icbari qaydada sığortalamadıqda ona, əgər hüquqi şəxsdirsə 5000 AZN, fiziki şəxsdirsə 500 AZN cərimə tətbiq edilir. Ümumiyyətlə işçilərin icbari sığortası o qədər əlçatandır ki, onnan yanınmaq gülünc görsənir.

 

Sığorta tarifi:                  

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədilə peşə riskinin dərəcələrindən asılı olaraq 14 kateqoriya Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunub. Fəhlə heyət üçün tarif qulluqçu heyətdən daha yüksək müəyyən olunub. Ətraflı məlumatı www.avtokasko.az saytında əldə edə bilərsiz.

 

Mebellərin istehsalı risk dərəcəsində görə 9-cu kateqoriyaya aiddir, Təhsil – 2-ci, Xam neft və təbii qaz istehsalı -14-cü kateqoriyaya aiddir. Peşə riskinin dərəcəsindən və sığorta olunanın kateqoriyasından asılı olaraq sığorta tarifi 0.2%-dan 2% dək artıq olmamağı şərti ilə müəyyən edilir.

Məsələ, mebel düzəldən fəhlənin aylıq əmək haqqı 200 manatdırsa onda onun 1 illik sığorta haqqını hesablayaq. İlk öncə 1 illik əmək haqqı fondunu müəyyən edirik  200*12=2400, sonra isə  bir illik əmək haqqı fondu  risk dərəcəsinə vurub 1 illik sığorta haqqını hesablayırıq: 2400*1,5% =36 AZN. Beləliklə işə götürən işçisinin həyatını 1 il müddətinə sığortalamaq üçün sığorta şirkətinə 36 AZN ödəyəcək.

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar
Please reload

Arxiv
Please reload

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon