İKİTƏRƏFLİ SIĞORTA

İKİTƏRƏFLİ SIĞORTA yalnız avtomobilinin icbari sığortasını bizim şirkətdə yazdırmış müştərilərə təklif olunur. İKİTƏRƏFLİ SIĞORTA məhsulu icbari sığorta ilə eyni anda (eyni gündə) yazılır.
İkitərəfli sığorta yol-nəqliyyat hadisələri zamanı hər iki tərəfi, yəni həm təqsirli olan avtomobilin sahiblərini, həm zərərçəkmiş üçüncü şəxsləri qoruma altlına alır.
İkitərəfli sığorta avtomobilin tam (KASKO) sığortası deyil. Ona görədə sizin avtomobilə dəymiş zərərlərin əvəzi yalnız, icbari sığorta müqaviləsinə əsasən digər avtomobilin zədələnməsinə, piyadanın və ya heyvanların vurulmasına görə zərəçəkmiş üçüncü şəxslər qarşısında mülki məsuliyyətinizin yarandığı halda verilir. Beləki, siz öz avtomobilinizlə qəza törətdiyiniz zaman, icbari sığortanız qarşı tərəfə dəyən zərəri qarşılayır, sizin avtomobilə dəyən zərər isə ikitərəfli sığorta məhsulu hesabına ödənilir.
Əgər qəzanın baş verməsində sizin günahınız yoxdursa (qarşı tərəf günahkardırsa), bu halda qarşı tərəfin icbari sığortası hesabına sizin avtomobilə dəyən zərərin əvəzi ödənildiyi üçün bu sığorta məhsuluna ehtiyyac yaranmır.
Qeyd:Azadolma tədbiq olunmur və sığorta limiti sığorta hadisələrin sayından asılı olmayaraq sığorta müddəti ərzində qüvvədədir.
SEÇİM 1
SIĞORTA HAQQI: 49 AZN
Təminatlar:
Sizin avtomobilə dəymiş zərərə görə təminat 500 AZN
Üçüncü şəxslər qarışında mülki məsuliyyətin könüllü sığortası 500 AZN
Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri:
Hər bir hadisə üzrə 100 AZN
Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat:
Hər bir avtomobil sahibinə 50 AZN, bir hadisə üzrə cəmi 250 AZN
SEÇİM 2
SIĞORTA HAQQI: 79 AZN
Təminatlar:
Sizin avtomobilə dəymiş zərərə görə təminat 1000 AZN
Üçüncü şəxslər qarışında mülki məsuliyyətin könüllü sığortası 500 AZN
Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri:
Hər bir hadisə üzrə 100 AZN
Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat:
Hər bir avtomobil sahibinə 50 AZN, bir hadisə üzrə cəmi 250 AZN
SEÇİM 3
SIĞORTA HAQQI: 99 AZN
Təminatlar:
Sizin avtomobilə dəymiş zərərə görə təminat 1500 AZN
Üçüncü şəxslər qarışında mülki məsuliyyətin könüllü sığortası 500 AZN
Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri:
Hər bir hadisə üzrə 100 AZN
Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat:
Hər bir avtomobil sahibinə 50 AZN, bir hadisə üzrə cəmi 250 AZN
Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri üzrə əlavə təminat
Sığorta şirkəti səlahiyyətli dövlət orqanının tərtib etdiyi, sığorta hadisənin baş verməsi faktını təsdiq edən sənədlərin toplanıb təqdim olunmasını tələb etdikdə, sığortalıya və ya onun tələbi ilə üçüncü şəxsə bu əlavə təminat üzrə müəyyən olunmuş sığorta məbləği (100 AZN) miqdarında sığorta ödənişi verilir. Sığortaçı bu sənədləri tələb etmədikdə, sığorta ödənişi verilmir.
Üçüncü şəxslər qarışında mülki məsuliyyətin icbari sığortasına əlavə təminat
Sığortalanmış avtomobil istifadə olunarkən baş verən yalnız digər avtomobilin, piyadanın və ya heyvanların vurulması nəticəsində avtomobil sahibinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin yarandığı halda, icbari sığorta müqaviləsi ilə qarşı tərəfə dəyən zərərə görə verilən 5000 AZN təminata əlavə olaraq 500 AZN sığorta ödənişi verilir.
İstisnalar:
Avtomobil ağaclara, işıq dirəklərinə, səkilərə, baryerlərə, bina və tikililərə, digər qurğulara və sair bu kimi hərəkətsiz maneələrə dəydikdə;
Yağış, dolu, su basması, sel, daşqın, fırtına, qasırğa, tufan, zəlzələ və digər təbii fəlakət hadisələri nəticəsində;
Yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkəti, oğurluq, qaçırma, atılmış və ya düşmüş əşyalar nəticəsində;
Avtomobil sahibinin üçüncü şəxs qarşısında mülki məsuliyyəti yaranmadığı (hadisənin baş verməsində təqsirli olmadığı) bütün hallar;
Bu əlavə təminatda göstərilməyən bütün digər hallar.