2017-ci ildə "AXA MBASK" sığorta şirkəti tərəfindən edilən ən böyük sığorta ödənişləri.

February 11, 2018

 AXA MBASK" sığorta şirkəti tərəfindən edilən ən böyük sığorta ödənişi avtomobil qəzası ilə bağlı olub.
Ödənişin ümumi məbləği 74 min 650 manat təşkil edib.
Sığorta şirkətindən verilən məlumata görə, ödəniş “Porsche Macan” markalı avtomobilə dəyən ziyanla bağlı olub. Hadisə ötən ilin may ayında Tovuz şəhəri H.Əliyev prospekti ilə Avtovağzal istiqamətində hərəkəti zamanı baş verib.
Bu zaman “Porsche Macan” markalı avtomobilin sağ qabaq təkəri yolun hərəkət hissəsi ilə səkini ayıran 14 sm-likhündürlüyə malik betona dəyərək idarəetməni itirib. Avtomobil yolun sağ tərəfində yerləşən səkinin üzərinə çıxaraq işıq dirəyini, piyada keçidini bildirən nişanı aşırdıqdan sonra beton piltəyə çırpılıb. Təkan elə güclü olub ki, “Porsche Macan” havada fırlanaraq “Qəhrəmanlar” parkının giriş hissəsində yerləşən mişar daşlarından tikilmiş arkanı və həmin yerdəki dəmir barmaqlıqları belə sındırıb. Bir qədər irəlidə yerləşən otluq sahəyə düşüb. Nəticəsində avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib, digər iki sərnişin isə ağır dərəcəli xəsarət alıb.

 

 

 

 

Ərzaqlar zədələndi, 28 min manat ödənildi:

Növbəti ən çox sığorta ödənişi 28500 manat məbləğindədir. Ötən ilin sentyabr ayında məsuliyyət sığortası çərçivəsində olunan bu ödəniş, yük avtomobilinin yük yerində baş vermiş yanğın nəticəsində daşınan ərzağın zədələnməsi ilə əlaqədardır.

 

 

 

 

 

 

Rusiyada yanan avtomobilə 27750 manat ödəniş

27750 manat məbləğində sığorta ödənişinə səbəb olan hadisə isə 2017-ci ilin sentyabrında Rusiya ərazisində baş verib. KASKO sığorta ödənişi Azərbaycan qeydiyyatında olan avtomobilin yanmasına görə həyata keçirilib.

 

 

 

 

Avtomobil dirəyə çırpılıb – 25300 manat sığorta ödənişi alıb.

Daha bir böyük məbləğli sığorta ödənişinə səbəb avtomobil qəzası olub. Buna görə, sığorta şirkəti 25300 manat ödəyib. Keçən ilin yanvarında baş verən hadisədə “AUDI R8” markalı avtomobil S.Əsgərova küçəsində hərəkət edərkən sağ zolaqdan sola yerdəyişmə edib. Bülbül prospektinə sola dönmək istəyərkən manevrin təhlükəsizliyini təmin etməyib, nəticədə sağdakı səkiyə qalxaraq T.Ş kamerasının dirəyinə çırpılıb.

 

 


Qeyd edək ki, 2017-ci üzrə AXA MBASK-ın ümumi sığorta ödənişlərinin həcmi 12 milyon 333 min 516 manat 54 qəpik təşkil edib.

 

 

©fins.az

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar