Sığortasız sürücünün törətdiyi qəza ilə bağlı rekord məbləğdə kompensasiya ödənişi qeydə alınmışdır.

October 18, 2017

Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilmişdir.

Kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olmuşdur.

 

Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin  olmamasıdır.

Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı   www.avtoinfo.az/sığorta-kompensasiya  veb-saytında olmaq mümkündür.

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar
Please reload

Arxiv
Please reload

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon