Dünyanın ən dəyərli sığorta markaları


“Interbrand” 2017-ci ilin ən dəyərli 100 markasını açıqlayıb. Sığorta sektorundan isə 2 marka ən dəyərli 100 marka sırasında yer alıb. Fransız sigorta nəhəngi AXA 11.1 milyard dollarlıq dəyəri ilə 42-ci olub. AXA ötən illə müqayisədə marka dəyərini 5% artırmağa nail olub. Digər ən dəyərli sığorta brendi isə Alman sigorta şirkəti Allianz olub. Marka 10.1 milyard dollarlıq dəyəri ilə 49-cu olmağı bacarıb. Allianz isə ötən illə müqayisədə marka dəyərini 6% artıra bilib .

Qeyd edək ki, analitiklər şirkətlərin marka dəyərini hesablayarkən onların qlobal miqyasda marka nüfuzunu, səhmlərinin dəyərini və bazarlardakı roluna dair proqnozları da nəzərə alıblar.

14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir. 2010-cu ilin 29 Noyabrında MBASKın lisenziyası şirkətin adının AXA MBASK`a dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib


Seçilmiş xəbərlər
Son  paylaşılanlar
Arxiv