Avqust ayında avtomobil icbari sığortası üzrə 114,555 müqavilə bağlanmışdır.

September 17, 2017

Cari ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 114 555 elektron sığorta müqaviləsi qeydiyyata alınmışdır.

Bunlardan 17903-ü xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olmuşdur.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 8 833 587 manat təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 23% artım, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilmişdir.

 

1 noyabr 2016-cı il tarixindən etibarən  avtomobillər üçün  icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar
Please reload

Arxiv
Please reload

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon