FİN (PİN) kod

Azərbaycan Respublikasının vətəndaşların birmənalı eyniləşdirilməsi məqsədi ilə, Azərbaycan Respublikasında dövriyyədə olan bütün Şəxsiyyət vəsiqələrində və Pasportlarda istifadə olunan unikal açardır. Pin kod – şəxsiyyət vəsiqənizin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət kod. Hər Azərbaycan Vətəndaşının öz unikal PİN kodu var. Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kodu isə 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir. Vəsiqənin FİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("94FMDDD") FİN-koddur, sonuncu simvol isə, yəni "4" rəqəmi, nəzərə alınmır. Aşağıdakı şəkildə Şəxsiyyət vəsiqəsində və Pasportda PİN-in yerləşdiyi yer qırmızı rəng ilə işarələnib.


Seçilmiş xəbərlər
Son  paylaşılanlar
Arxiv