Bonus-Malus sistemi

September 10, 2017

 

Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr(cərimə) sistemidir.

Bonus-malus latın dilində “yaxşı-pis” deməkdir. Sistem ondan ibarətdir ki, yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır. Misal üçün, 1 600 sm3 həcmli mühərriki olan avtomobil sahibi üçün icbari sığorta 75 AZN-dir. Əgər sürücü 5 il ərzində heç bir yol-nəqliyyat qəzasına səbəb olmasa, bu rəqəm 56.25 AZN-ə düşəcək.

 

Avtonəqliyyat vasitələrinin Bonus-Malus qrupları aşağıdakılardır:
•    minik avtomobilləri
•    yük avtomobilləri
•    avtobuslar,  mikroavtobuslar
•    motosikletlər və motorollerlər;
•    traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;
•    trolleybuslar və tramvaylar.
Qeyd: Əgər sürücünün adına (FİN koda görə) minik avtomobili sığortalanıbsa və onun adında minik avtomobili üçün 10% güzəşt tətbiq olunubsa həmin güzəşt  yük, avtobus, motosiklet və s. bonus-malus qruplarına tətbiq olunmur. Həmin bonus-malus qruplarına isə  güzəştlər sürücünün adına misal üçün yük maşını sığortalandıqdan sonra hesablanmağa başlayır.


Bonus-Malus sinfi hər il yanvar ayının 15-də yenilənir.
Bonus-Malus sinfinin hesablanması üçün əvvəlki təqvim ilinin 1 yanvar tarixindən cari ilin 1 yanvar tarixinədək müddətə aid olan məlumatlardan istifadə olunur. 


Son bir il ərzində sürücünün sığortalı olduğu günlərin sayı:
•    275-dən azdırsa, onda həmin bonus-malus qrupu üzrə güzəşt tətbiq olunmur;
•    275 – 550-dirsə, mövcud BM sinfi 1 pillə artır;
•    550-dən çoxdursa, mövcud BM sinfi 2 pillə artır.
Yəni:
•    Sürücünün  məsuliyyəti son bir il ərzində müvafiq bonus-malus qrupu üzrə 275 gündən az müddətdə sığortalı olduqda, onun həmin bonus-malus qrupu üzrə sığortalı olduğu günlərin sayı növbəti il üçün bonus-malus sinfinin müəyyənləşdirilməsi zamanı nəzərə alınır. Əgər sürücü mülkü məsuliyyətini 10.may.2014 tarixində sığortalayıbsa, bu halda növbəti ilin yanvar.2015 tarixinədək sığortalı günlərin sayı 275 gündən az olduğu üçün 10.may.2015 tarixində sığorta müqaviləsini yenilədikdə bonus-malus sistemi üzrə güzəşt tətbiq olunmur. Bu güzəşt növbəti il sığortalandıqda hesablanır.
•    Əgər sürücü mülkü məsuliyyətni 10.fevral.2014 tarixində sığortalayıbsa və qəza törətməyibsə, onda növbəti ilin 10.fevral.2015 tarixində sığorta müqaviləsini yenilədikdə 10.fevral.2014 tarixindən  yanvar.2015 tarixinədək sığortalı günlərinin sayı 275 gündən çox olduğu üçün bonus-malus sistemi üzrə onun adına (FİN koda görə) 5% güzəşt tətbiq olunur. Misal üçün bu il siğorta haqqı 1,8 mator üçün 75 azn olubsa növbəti il 75 - 5% = 71.25 azn olacaq, sonrakı il üçün isə 75 – 10% = 67,50 azn (63,75azn; 60azn) olacaq.

 

Qeyd: 
Bunlara sizin telefonunuza gələn sms vasitəsi ilə şahidi olursuz.
Bonus-Malus sistemi İcbari Sığorta Bürosunun İnformasiya Sisteminin tərkib hissəsidir və sizin hansı sığorta şirkətində sığortalanmağınızda asılı olmayaraq, bonus-malus sistemi üzrə sizin adınızda (FİN koda görə)  güzəşt varsa həmin güzəşt istənilən siğorta şirkətində tətbiq olunur.

 

 

Qeyd:

Əgər sürücünün təqsiri üzündən son bir il ərzində müvafiq bonus-malus qrupu üzrə 1 və ya daha çox sığorta hadisəsi baş vermişdirsə, onda sığorta hadisələrinin sayından asılı olaraq həmin sürücü üçün əlavələr(cərimə) tətbiq olunur. Bundan başqa sizin adınıza sığortalanan avtomobili  etibarnamə ilə satarsızsa və həmin avtomobili alan şəxs bu avtomobil ilə qəza törədərsə bu halda bonus-malus sistemi üzrə cərimə avtamobili adına sığortalayan əvvəlki sahinə tətbiq olunur. Bunun baş verməməsi üçün avtomobilin köhnə sahibi sığorta müqaviləsini ləğv etdirməsi məsləhət görülür.
 

 

 

Share on Facebook
Share on Twitter
Please reload

Seçilmiş xəbərlər

Kimlərin mənzili pulsuz sığorta edilməlidir.

19.09.2018

1/8
Please reload

Son  paylaşılanlar
Please reload

Arxiv
Please reload

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon