Region kodları
01 - Abşeron rayonu
02 - Ağdam rayonu
03 - Ağdaş rayonu
04 - Ağcabədi rayonu
05 - Ağstafa rayonu
06 - Ağsu rayonu
07 - Astara rayonu
08 - Balakən rayonu
09 - Bərdə rayonu
10, 90 - Bakı
11 - Beyləqan rayonu
12 - Biləsuvar rayonu
13 - təyin olunmayıb
14 - Cəbrayıl rayonu
15 - Cəlilabad rayonu
16 - Daşkəsən rayonu
17 - Şabran rayonu
18 - Şirvan
19 - Füzuli rayonu
20 - Gəncə
21 - Gədəbəy rayonu
22 - Goranboy rayonu
23 - Göyçay rayonu
24 - Hacıqabul rayonu
25 - Göygöl rayonu
26 - Xankəndi
27 - Xaçmaz rayonu
28 - Xocavənd
29 - Xızı rayonu
30 - İmişli rayonu
31 - İsmayıllı rayonu
32 - Kəlbəcər rayonu
33 - Kürdəmir rayonu
34 - Qax rayonu
35 - Qazax rayonu
36 - Qəbələ rayonu
37 - Qobustan
38 - Qusar rayonu
39 - Qubadlı rayonu
40 - Quba rayonu
41 - Laçın rayonu
42 - Lənkəran
43 - Lerik rayonu
44 - Masallı rayonu
45 - Mingəçevir
46 - Naftalan
47 - Neftçala rayonu
48 - Oğuz rayonu
49 - Saatlı rayonu
50 - Sumqayıt
51 - Samux rayonu
52 - Salyan rayonu
53 - Siyəzən rayonu
54 - Sabirabad rayonu
55 - Şəki rayonu
56 - Şamaxı rayonu
57 - Şəmkir rayonu
58 - Şuşa rayonu
59 - Tərtər rayonu
60 - Tovuz rayonu
61 - Ucar rayonu
62 - Zaqatala rayonu
63 - Zərdab rayonu
64 - Zəngilan rayonu
65 - Yardımlı rayonu
66 - Yevlax rayonu
67 - Babək rayonu (Naxçıvan MR)
68 - Şərur rayonu (Naxçıvan MR)
69 - təyin olunmayıb
70 - Ordubad rayonu (Naxçıvan MR)
71 - Şahbuz rayonu (Naxçıvan MR)
72 - Culfa rayonu (Naxçıvan MR)
73 - 84 - təyin olunmayıb
85 - Naxçıvan (Naxçıvan MR)
86 - 98 - təyin olunmayıb
99 - Ümumölkə kodu
Dünyada ilk avtomobil nömrəsi
Dünyada avtomobilə ilk nömrə qeyd edən almaniyalı kommersant Rudolf Hersog idi. Onun avtomobilində İA1 nömrə nişanı qeyd olunmuşdu. İA onun həyat yoldaşının adı və soyadının baş hərfləri idi — İohanna Anker. 1 rəqəmi ilə də Rudolf Hersoq onu demək istəyirmiş ki, xanımı onun həyatında ilk və təkdir.

Tarixi
SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur.
Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək «RRHRR AZ» formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
2011-ci ildə seriya nömrəsinin görünüşü bir qədər dəyişdirildi: Azərbaycan bayrağı düzbucaqlı formada əks olundu (əvvəllər bayraq "dalğalı" formasında idi), həmçinin nömrələrə açıq-boz düzbucaqlı dördbucaq formasında qoruyucu çiplər yerləşdirildi. Bircərgəli nömrə nişanlarında çip, sol alt küncdə, ikicərgəli nömrə nişanlarında sağ üst hissədə (faktiki olaraq "AZ" kodu bu çiplərin üzərində yerləşir) qoyulur.
Növləri
-
1. Avtomobil, avtobuslar, qoşqu vasitələri.
Ağ fonda qara simvollardan istifadə olunur. Format - iki rəqəm (region kodu), iki hərf və üç rəqəm; qruplar defislə bölünür. Nömrənin sol hissəsində Azərbaycan bayrağı və düzbucaqlı dördbucaqda "AZ" avtomobil ölkə kodu yerləşir. Dövlət nömrə nişanının ikicərgəli variantında kodla bayraq daha yaxın sol yuxarı küncdə yerləşir, yuxarı sırada qeydiyyat regionunu bildirən iki rəqəm, altda isə hərfi seriya və üç rəqəm yerləşir. İkicərgəli nömrələrdə defislərdən istifadə olunmur.
Hüquqi şəxsin adına qeydiyyata alınan nömrələrin hərf seriyasının ilk hərfi A ilə başlayır.
Qoşqu vasitələri üçün hərf seriyasının ilk hərfi Z olan nömrələrdən istifadə olunur.
YP hərfi seriyası Dövlət yol polisinin nəqliyyat vasitələrində istifadə olunur.
-
2. Sərnişin daşınmalarını həyata keçirən nəqliyyat vasitələri üçün nömrələr.
Göy fonda ağ simvollardan istifadə olunur. Hərf seriyasının ilk hərfi - 'T ' ilə başlayır.
-
3. Motosikllər üçün nömrə nişanları.
Ağ fonda qara simvollardan istifadə olunur. İkicərgəli olan nömrə nişanlarının, sol üst küncdə Azərbaycan bayrağı və "AZ" kodu yerləşir. Yuxarı sırada iki rəqəm (region kodu) və defis vasitəsilə ayrılmış bir hərf, aşağı hissədə üç rəqəm yerləşir.
-
4. Xüsusi texnika nömrələri.
Motosiklet nömrələrinə çox oxşardır, yalnız defis vasitəsilə ayrılmış bir hərf və üç rəqəm alt hissədə, region kodu isə üst hissədə yerləşir.
-
5. Tranzit nömrələr.
Ağ fonda qara simvollardan istifadə olunur. İki hərf, üç rəqəmdən (defissiz) ibarətdir. Sol tərəfdə ensiz yaşıl zolaq yerləşir. Bu zolaqla kəsr formalı "AZ" (surətdə) və "TR" (məxrəcdə) kodları qeyd olunub. Xırda şriftlərlə qeyd olunan rəqəmlər region kodunu bildirir.
-
6. Ölkənin ali rəhbərliyinin nömrə nişanları.
Bu nömrə nişanı növü adi avtomobil nömrələrinə oxşardır, amma nömrələrdə defislər yoxdur. Nömrənin sol hissəsindəki bayraq mərkəzə (hərfi seriyanın və üç rəqəmin arasında) köçülmüşdür və lövhənin enini əhatə edir.
-
7. Xarici vətəndaşlar üçün nömrələr.
Açıq-narıncı fonunda qara simvollardan istifadə olunur. Nişan — bir hərf və altı rəqəmdən (ikicərgəli nömrədə hərf yuxarı sırada yerləşir, rəqəmlər aşağı sırada yerləşir)və solda dövlət bayrağı və "AZ" kodundan ibarətdir.
Hərflər:
M — avtomobil xarici şirkətin nümayəndəliyinin əməkdaşına aiddir;
H — avtomobil xarici vətəndaşa aiddir;
P — avtomobil ölkədən ixrac üçün nəzərdə tutulmuşdur.
-
8. Diplomatik nömrə nişanları.
Qırmızı fonda ağ simvollarla yerinə yetirilir. Nişan — hərf(lər) dörd/beş rəqəmdən ibarətdir. Birinci üç rəqəm nümayəndəliyin ölkəsini ifadə edir; ikicərgəli nömrələrdə hərf üst sırada, rəqəmlər alt sırada yerləşir.



“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumlarının dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur:
Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə - 22 manat.
-
Qeydiyyat nişanları – 22 AZN;
-
Sürücülük vəsiqəsi – 18 AZN;
-
Qeydiyyat şəhadətnaməsi – 17 AZN;
