mobile-natural-gas-engine-oil
images (5)
8398930925
header
oiling-gears
coverpour2.980x980_gHJ2
1336466675_maslo-slavol
additives-lubricants-250x250
y12
19396-2548369
oiling-gears
Otomotiv
Mercedes-Benz_S_Class.0

Mator Yağının işi:

  • Sürtünmə və aşınma azaldır:

Birbirinə təmas halında işləyən  parçaların arasında yağ filmi meydana gətirərək, sürtünməni dolayı yolla aşınmanı və istiliyi azaldır. 
Aşınma əsasən krank yataqları, silindirlər, segmanlar, pistonlar, piston qolu yataqlarında baş verir. Hava filtirindən sızan toz və kir, aşınmaya səbəb ola bilir. Motor içində davamlı devir  edən yağ bu toz və kiri götürərək yağ filterinə aparır və yağ təmizlənir. 

  • Soyutma:

Mator parçalarının yüksək istilikdə deformasiya olunmasının qarşısını almaq üçün soyutma lazımdır. Matorlarda soyutma işinin böyük bir hissəsini  soyutma sistemi həyata keçirməklə yanaşı yağlama sistemidə soyutmaya köməklik edir.
Karterdəki yağ, mator parçalarından daha soyuqdur. Yağ mator parçalarının üzərindən aldığı istiliyi karterə

gətirərək parçaları az da olsa soyudur. 

  • Sızdırmazlıq: 

Motor yağı segman, piston və silindir arasındaki boşluqları dolduraraq yanma otoğından karterə qaz girişinə

mane olur və dolayısı yolla  matorun səmərəsini artırır. 

  • Çirklənmə:

Matorun işləməsi zamanı yüksək istilik, yanma ,aşınma ,toz ve rütubət kimi səbəblərdən kirlənmə baş verir.

Mator yağının işi bu kirlənmənin matora zərər verməsinin qarşısını almaqdır.
Mator yağı mator parçalarını təmizləyir, aşınma və yanma səbəbindən yaranan toz və çirkləri  yağladığı

parçalar üzərindən toplayaraq yağ filterinə aparır və yağ təmizlənir. Beləlikə mator parçalarının davamlı təmiz

qalmasını saxlayır. 

Yağ əsasları:

  • Mineral yağlar

Mineral yağlar illərdir istifadə olunan klassik yağlardır. Yeraltından çıxarılan neftin distilə edilməsindən sonra yuyucu,  özlülük inkişaf etdirici və aşınma önləyici birsıra qatqılar əlavə edilməklə əldə olunur.

  • Sintetik yağlar

Sintetik yağlar labaratoriyalarda  müxtəlif  kimyəvi işlər nəticəsində kimyaçılar tərəfindən əldə olunan yağlardır. Qiyməti  mineral yağlardan bahadır, lakin həm daha yüksək performans göstərirlər, həmdə daha uzun müddət istifadə olunurlar. Termal dayanıqlıqları yüksəkdir. Yağlama işini daha uzun müddət yerinə yetirirlər və daha çox istiliyə davamlıdır.

  • Yarım sintetik yağlar

Yarım sintetik yağlar sintetik və mineral yağların qarışığıdır və həm qiyməti, həm də  performansı  bu iki yağın arasındadır. Əsasən 70%-80% mineral yağa 20%-30% sintetik yağ qarıştırılmaqla əldə olunur.

 


Mineral yağ ilə sintetik yağın fərqi nədir? 
Mineral sürtgü materialları təbii neftdən istehsal olunur, sintetik yağlar isə mühərrikin mümkün qədər effektiv işini təmin etmək məqsədi ilə aparılan kimyəvi dəyişikliklər yolu ilə istehsal edilir. Bir qayda olaraq, sintetik yağlar xüsusi olaraq daha geniş temperatur diapazonunda işlənmək üçün hazırlanır, buna görə də onlar mühərriki mineral yağlara nisbətən xeyli yaxşı qoruyur. 
Mühərrik işə düşərkən sintetik motor yağı nəinki mühərrikin işinin ilk saniyələrindən ən dar və ucqar sürtünmə yerlərinə daxil olur, həm də aşağı temperaturlarda özlülük kəmiyyətinin azaldılması sayəsində mühərrikin podşipniklərdəki, porşenlər qrupundakı və qazbölüşdürmə mexanizmindəki sürtünmə qüvvələrini dəf etməyə sərf etdiyi enerjini azaldır. Beləliklə, mühərrik zənginləşdirilmiş qatışıqla işlədiyi zaman bu yağ yanacağa əlavə qənaəti təmin edir. Sürtgü təminatının yetərincə olmaması soyumuş mühərrik işə salınarkən və mühərrik qızdığı zaman mühərrikdə nasazlıqların yaranmasının əsas səbəblərindən biridir. Buna görə də mühərrikin daha tez işə düşməsi üçün onun mühüm hissə və detallarına yağın dərhal, vaxtında verilməsi tələb olunur. Bu, mühərrik işə düşən anda onun korlanmaya qarşı müdafiəsini təmin edir. Tipik SAE 15W-40 mineral yağı ilə

müqayisədə 5W-30 sintetik yağından istifadə olunarkən mühərrik dörd dəfəyədək tez işə düşə bilər. Bundan

başqa, akkumulyator batareyasının resursu da artmış olur. 
Mineral yağ bəzən aşağı temperaturlarda mühərrikin daxili detallarında və səthində çöküntülər və şlam qoyur.

Bu hal xüsusən mühərrikin işlək temperaturadək qızması çox vaxt apardıqda (məsələn, keyfiyyətsiz yanacaqdan

istifadə olunarkən) və ya qısa məsafələrə tez-tez səfərlər edildikdə müşahidə olunur. Bu çöküntülər mühərrikin

normal yağlanmasına mane olur, yağın özlülüyünün artmasına gətirib çıxarır və yanacaq sərfiyyatını artırır. Belə

hallarda ən pis senari ondan ibarət olur ki, mühərriki açarkən klapanın qapağında və altlıqda mineral yağın

kimyəvi və termik dağıntılarının nəticələrini (qara maz formasında çöküntüləri) müşahidə etmək olur. 
Sintetik yağlar mühərriki bu cür təhlükələrdən daha yaxşı qoruya bilir. 

Mator yağı nə üçün azalır ?
Yeni texnologiya ilə hazırlanmış  matorlar çox  kiçik matorlar olub  daha çox performans əldə edəbiləcəyimiz matorlar halına gəlmişdir. Bu səbəbdən daha yüksək hərarətlərdə işləyir. Yeni texnologiya ilə hazırlanan matorlarda yüksək performans əldə etmək üçün hissələr (silindirlər, pistonlar) birbirinə daha yaxın yerləşdirilmişdir. Matorlarda ki bu bu xüsusiyyət yağın azalmasına səbəb olar. Avtomobil istehsalçıları müəyyən km aralığında yağ azalması miqdarını texniki kitapçalarda qeyd edirlər. Sintetik yağlarda mineral yağlara baxanda daha az azalma olur. Mutləq avtomobilinizdə 1 lt lik qabda yağ saxlayın.

Motor yağı istifadə prosesində nə üçün qara rəng alır?
Yağların çoxunda mühərriki qoruyan xüsusi aşqarlar olur, onlar, mühərriki çöküntülərdən və közlərdən müdafiə edir. Bu zaman onlar suspenziya şəklində yağda qalır. Mühərrikin daha yaxşı işləməsi üçün çirklənmələrin yağda parçalanmış xırda hissəciklər formasında qalması zəruridir. Mühərrik növbəti dəfə yağlanarkən onlar mühərrikdən xaric olur, əks halda onlar mühərrikin daxilində müxtəlif detalların səthində qalaraq problemlər yarada bilər. 
Əgər yağ qara rəng almırsa, bu, onun işləməməsinin əlamətidir.

Soyuq havada (səhər)  avtomobilin pis işləməsi ilə yağın nə əlaqəsi var?
Çox soyuq havada qalınlaşan yağ,  ilk  iş  anında matorun içində rahat hərəkət etmir və bu səbəbdən mator rahat işləmir.  Bu səbəbdən də soyuq havalarda aşağı özlülüklü  (yəni incə), yarım sintetik ya da tam sintetik yağlardan istifadə olunmalıdır. 

Köpürmə nə üçün olur? Matora zərəri nədir? 
Köpürmə avtomobilin davamlı hərəkəti ilə karterde yaranan çalxalanma və yağın mator içində səthlərə çırpılması

nəticəsində meydana gəlir. Əğər mator yağında bu köpürməni əngəlləyəcək köpük aradan qaldırıcı qatqı yoxsa ya da

azdırsa, yaranan köpükdəki baloncuqlar hərhansı bir təmasdan partlar. Beləliklə metal sürtünməsi meydana gələr və

aşınma başlayar. Xalq arasında bilinən köpürmə isə, yağ tökmə xəzinəsinin qapağında meydana gələn, qaymaq və ya

mayanezə bənzər görüntüdür. Bu köpürmə deyildir. Yağa  su qarışırsa və ya köhnə texnoloji avtomobillərdə olduğu

kimi yağ buxarı çölə çıxmırsa və gecə-gündüz temperatur fərqlərində kondensat olub yağa qarışırsa bu hal meydana

gəlir. Matora  zərəri olmayan qaymaqlaşma və mayanezləşməni, köpürmədən ayırmaq lazımdır. 

 

Mator yağı ilə yanacaq sərfiyyatı arasındakı əlaqə nədir?
Bir yağın özlülükü nə qədər yüksəksə, yəni qalınlığı nə qədər çoxsa, sürtünmədə o qədər çox olacaq.  20W-50 yağ yerinə 10W-40  yağ istifadə etsəniz sürtünmə daha az olacaq və buda yanacaq sərfiyyatının artmasının qarşısını alacaq. Ancaq yağ seçimində iqlim şərtləridə mütləq nəzərə alınmalıdır. Lazımsız  yerə çox incə yağ istifadə etmək xeyir yerinə zərər verir.

 


Mator yağının korlanmasının səbəbləri:

  • Yağın kimyəvi olarak korlanması: Mator yağının temperaturu mator işlədikdə çox yüksəlir. Yağın içindəki minerallar,

yüksək temperaturda  hava içindəki oksigenlə birləşərək oksidləşir. Bundan başqa yanma nəticəsində meydana gələn digər

kimyəvi maddələr yağla birləşərək  turşuluq meydana gətirir. Oksitləşmə və turşuluq səbəbi ilə mator yağı qoruma xüsusiyyətlərini

itirərək mator hissələri üzərində aşınma, oksitlənmə və saqqızlaşma meydana gətirir. Saqqızlaşma, segmanların ve supapların

yuvasında sıxışıb qalmasına səbəb olur.

  • Yağın fiziki olarak korlanmasıması: Sovurma zamanı silindirə girən havanın içindəki tozlar, yanma nəticəsində meydana

gələn çirklər , mator hissələrinin aşınmasından yaranan  yonqarlar, karterə girən qazların içindəki benzin və ya mazut yağın

çirklənməsinə və korlanmasına səbəb olur. Yağ filteri  yağın içindəki çirklərin  bir qismini təmizləsədə zaman-zaman bu yetərli

olmaya bilər. 

 

Filtr ömrü

Filtrlərin dəyişməsi önəmli məsələdir. Hətta ən yaxşı və uzunömürlü yağdan istifadə edilsə də, filtrlər uyğun olmadığı halda avtomobildə problem yaranacaq. Onları vaxtlı-vaxtında dəyişmək lazımdır. Filtrlər içərisində birinci növbədə hava filtrini qeyd etmək istərdik. Motorun yağını dəyişərkən ustalar hava filtrini də dəyişməyi məsləhət görürlər. Ancaq biz çox vaxt buna əhmiyyət vermirik və hava filtrini dəyişmirik. Halbuki motorun daxildən təmiz olmasında məhz hava filtrləri böyük rol oynayırlar. Əgər maşınınızda hava filtri təmiz deyilsə, üstəlik, siz həm də keyfiyyətsiz benzindən istifadə edirsinizsə, onda, ilk növbədə motor yağınızın keyfiyyəti aşağı düşəcək, katalizatorun işində nasazlıqlar yaranacaq.

Yağa əlavə edilən qatqılar

Yağın tərkibi hər nə qədər qatqılarla zəngin olsa da, mühərrikin ömrünü uzatmaq məqsədilə onu gücləndirmək olar. Məsələn, “Motor Fluş” adlı qatqı yağı dəyişmədən qabaq,  “Motor seyf” adlı qatqını  isə yeni yağla bərabər istifadə edilə bilərsiz. Lakin bu prosesi də peşəkar bir ustanın və ya mütəxəssisin məsləhətinə uyğun həyata keçirmək daha yaxşı olar.

  1. İlk olaraq avtomobilin köhnə yağına Motor Flush əlavə edin. Bu avtomobilin içindəki qalıqları təmizləyir. Qalıqlar təmizlənməzsə mühərrik yağlanması zəifləyir. Motor Flush istifadə olunduqda mühərrikdə kirli mühərrikə nisbətən 3-4 faiz gücü artır.

  2. 10-15 dəqiqə mühərriki işlədib sonra isə köhnə yağı boşaldın.

  3. Mühərrikə yeni yağ əlavə edin.

  4. Bundan sonra mühərrikin vəziyyətindən və istifadə növündən asılı olaraq ona qatqı əlavə edə bilərsiniz. Əgər qatqı əlavə edəcəksinizsə yağı qatqı qədər azaldın. Burda biz mühərrikə  Motor Safe əlavə edirik. Bu hissələr arasında qat yaradaraq yeyintini gecikdirir. Hətta yağ olmasa belə bu qatqı varsa mühərriki idarə etmək olar. Bu qatqı istifadə etsəniz mühərrikiniz demək olar ki, ömürlük olacaq.

Beyinin təmizlənməsi və ya “restart”

Yeni nəsil avtomobillərdə yağ dəyişən zaman mütləq onu sistemə tanıtmaq lazımdır. Əks halda elektron lövhədə yağ dəyişdikdən sonra “Servisə get”, “Yağı dəyişmək lazımdır” deyə mesajlar görünə bilər. Kompüter diaqnostikasında da yağın köhnə olduğu yazıla bilər. Halbuki bu avtomobilin beynində qalmış bir yaddaşdır. Bu səbəbdən son model avtomobillərdə yağdəyişmədən sonra sistemi kompüter diaqnostikasına saldırmaq lazımdır ki, yağın dəyişilməsi ilə bağlı məlumat bazada yenilənsin.

Sürət qutusu yağı

Mühərrik yağından fərqli olaraq, sürət qutusu yağı həm də sürət qutusunu soyudur. Bu səbəbdən sürət qutusundakı yağ mühərrikdəki yağdan daha mürəkkəb formada işləyir. Bəzi sürücülər sürət qutusu yağını 50-100 min km arası dəyişir, əslində, bu, doğru deyil. Yağın öz intervalından 10 min km çıxmaq şərtilə onu dəyişmək lazımdır (interval 80 mindirsə, 70 mində dəyişmək lazımdır). Bununla belə, sürət qutusu yağı dəyişərkən filtr mütləq dəyişilməlidir.

 

Əyləc sistemi yağı

Əyləc sisteminin yağını hər 5 ildən bir (80 min km) dəyişmək lazımdır ki, sistem təmizlənsin. Düzdür, bu yağı vaxtı çatanda dəyişməsəniz belə, hər şey birdən-birə xarab olmur. Ancaq ilk növbədə, tormozlama zəifləyir, sonra isə sistem yavaş-yavaş sıradan çıxır. Həmin sistemi bərpa etmək çox baha qiymətə başa gəlir. Ona görə də yağı zamanında dəyişmək daha yaxşıdır. Çünki bu yağın qiyməti də çox ucuzdur.

Qutunun arxasındakı sinifləndirmələr mənası nədir?
Yağlar istifadə məqsədinə və keyfiyyətinə görə dəyişir. Bəziləri yalnız müəyyən matorlar üçün, digərləri isə  müəyyən hava şəraitində istifadə üçün nəzərdə tutulur. Bu səbəbdən yağ performansını və istifadəsini müəyyənləşdirən beynəlxalq standartlar var:

  • Society of Automotive Engineers (SAE) - yağı özlülük indeksinə görə sinifləndirir. Fərqli temperaturlarda özlülük performansına görə bir yağ tək mövsüm (monograde) və ya dört mövsüm (multigrade) ola bilir. 

  • American Petroleum Institute (API) - yağları matoru qoruma meyarlarına görə sinifləndirir. Benzinli matorlar üçün S, dizel matorlar üçün C hərfi istifadə edilir. S və ya C-dən sonra gələn hərf, alfabit sırası ilə (CA, CB, CC.... kimi) performans və qoruma dərəcəsini göstərir. Bəzi yağlar həm benzin həmdə dizel matorlarda istifadə oluna bilinir , bu səbəbdən sinifləndirmələri  SJ/CF və ya CF-4/SJ şəklində aparılır. 

  • Association des Constructeurs Europeens d'Automobiles (ACEA) - API ilə bənzərdir, aralarındakı fərq isə API  Amerika matorlarını, ACEA  Avropa matorlarını əsas  almasıdır. Bundan əlavə ACEA sınıfləndirmədə hərflərdəndə istifadə edir.

Səhərlər maşını qızdırmaq hər zaman xeyirlidir.

Bəziləri maşını işə salan kimi yerindən tərpədir, bəziləri isə suyun göstəricisinin mavi xətti keçməsini gözləyirlər. Həqiqətdə isə hər şey çox sadədir. Yay aylarında 90 saniyə gözləmək kifayət edir, qışda isə maşını qızdırarkən 2-3 dəqiqə gözləmək lazımdır. Bu müddət kifayət edir ki, yağ motorda tam dövr etsin. Bu müddətdən artıq gözləmək mənasızdır, əlavə yanacaq sərfiyyatı deməkdir.

Sürücü avtomobili ehtiyatla hərəkətə başlatmalıdır ki, termostat dövriyyəyə keçsin. Qış aylarında bunu hiss etmək asandır. Belə ki, termostat dövriyyəyə keçdiyi zaman maşınınızın salonuna isti hava daxil olacaq. Yay aylarında isə ən azı yarım kilometr getdikdən sonra bunu hiss etmək mümkün olur. Maşını qızdırmaq təkcə motor üçün yox, sürət ötürücüsü, amortizator, sükanın reykası və hidrogücləndirici üçün də faydalıdır.

Antifriz amili.

Motor yağının vaxtında dəyişdirilməsi hələ məsələnin yarısıdır. Avtomobildə antifriz də önəmli məqamlardandır. Sürücülərin böyük əksəriyyəti antifirizi unudurlar. Əslində antifrizin uzağı 2-3 il ömrü vardır. Köhnəlmiş antifriz maşının soyutma sistemini “öldürməyə” başlayır. Antifrizin keyfiyyətini itirməsinin acı nəticələri: avtomobillərdəki hava sistemində müntəzəm kilidlənmələr olur və eroziya yaradır.

“Radiatoru yuduzdurun, qaynatmayın”

Motorun soyutma sisteminin düzgün şəkildə işləməsindən danışarkən radiator amilini unutmamaq lazımdır. Yay aylarında yarpaq-qum, qış aylarında palçıq və s. maşınların radiatoruna dola bilir. Uzun tıxaclarda motoru qaynadan maşınları görsəniz, bilin ki, bunun əsas səbəbi elə radiatorun çirklənməsidir. Bəzi sürücülər radiatorun təmizlənmə məsələsini ən son həddə çatdırırlar. Radiator haqqında son olaraq onu demək istərdik ki, radiatorun vaxtaşırı yuyulmasında yalnız fayda vardır.

 

Avtomobilinizi çox sürətli, ya da çox asta sürməyin.

Əgər siz avtomobilinizi çox gücə salırsınızsa, yaxud maşınınızın motorunu həddindən artıq yükləyirsinizsə, onda bunlara mütləq hazır olun. 30 min kilometr sürdükdən sonra maşında nasazlıqlar başlayacaq. 60-70 min getdikdən sonra isə yavaş-yavaş “yağ yeməyə” başlayacaq. Ancaq avtomobilinizi ehtiyatla idarə etsəniz, maşınınızın “yağ yemə” müddətini ən azı 3 dəfə artıra bilərsiniz. Avtomobilinizin motorunu heç vaxt yükləməmək, hər zaman asta sürətlə idarə etmək də problemlərə səbəb ola bilər. Belə ki, maşını aşağı sürətlə idarə etdikdə, bundan başqa, hər zaman qarşılaşdığımız tıxaclar, avtomobilə lazım olan sərfiyyatı və motora gərəkli temperaturu ötürə bilmir. Nəticədə maşındakı porşen və şamlar vaxtından əvvəl korlanır. Avtomobilinizin işə salınmasında problemlər yaşanır və katalizatorun iş fəaliyyəti azalır. Bunun qarşısını almaq üçün həftə sonları maşınınızı bir qədər uzaq məsafələrə sürün. Bu zaman maşınınız istirahət etmiş olacaq.

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon