DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASI

YAŞAYIŞ EVLƏRİ VƏ MƏNZİLLƏRİN SIĞORTASI

 

 

Daşınmaz əmlakın icbari sığortasının məqsədi

 Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu sığorta ilə hüquqi və fiziki şəxslərə məxsus  yaşayış evləri və binalarının, mənzillərin sığortası icbaridir.

Daşınmaz əmlak — üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri.

Yaşayış evlərinin və mənzillərinin sığorta məbləğləri, sığorta haqları və azadolma məbləğləri

QEYD: Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.

 

 

Təminat:

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin: 

  • konstruktiv elementlərinə,

  • otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına,

  • su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara,

  • rabitə, elektrik və digər naqillərinə,

  • bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə,

  • divar, tavan və döşəməyə  dəyən zərərlərə.

 

 

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi:

  • yanğın, ildırım düşməsi;

  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

  • elektrik naqillərində baş verən qısa qapanma;

  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası,

  • qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma;

  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

  • təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

  • Digər şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

 

Sığorta olunmayan əmlak:

  • Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak;

  • tikintisi başa çatmayan daşınmaz əmlak;

  • qəzalı vəziyyətdə olan daşınmaz əmlak;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlak.

 

Sığorta ödənişindən imtina əsasları:

Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

  • sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

  • hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

  • qrunt sularının səviyyəsinin dəyişməsi;

  • suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

  • nüvə  partlayışının, şüalanmanın və radioaktiv zəhərlənmənin təsiri;

  • müharibə, hərbi müdaxilə, hərbi əməliyyatlar;

  • tətillər, vətəndaş çaxnaşmaları, yaxud əmək iğtişaşları; 

Email:  rashad.valiyev.s@gmail.com                 Mob: 055-725-05-15                             Biz sosial şəbəkədə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon