“İstehsalatda bədbəxt hadİsələr və peşə xəstəlİklərİ nətİcəsİndə peşə əmək Qabİlİyyətİnİn İtİrİlməsİ hallarından İcbarİ sığorta”
Əsas məqsəd:
<<istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta>> --- sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.
Əsas anlayışlar:
-
Sığortaçı — Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan yerli hüquqi şəxs (Sığorta şirkəti);
-
Sığortalı — sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq ilə məşğul olan fiziki şəxslər, dövlət orqanları.
-
Sığorta olunan — əmək funksiyalarını yerinə yetirən şəxslər, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və sığorta ödənişi almaq hüququ olan şəxslər,
-
Faydalanan şəxs ----- Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunan, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda:
-
Sığorta olunanın himayəsində olmuş və əmək qabiliyyəti olmayan şəxslər;
-
Sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
-
Sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da tibbi rəyə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyac olan uşaqlar,
-
İşləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvləri;
-
Sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il müddətinə əmək qabiliyyətini itirmiş şəxslər
-
İstehsalatda bədbəxt hadisə — əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı;
-
Peşə xəstəliyi — əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik;
-
Sığorta ödənişi — sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;
-
Sığorta haqqı — icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği;
-
Sığorta məbləği — icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddi;
-
Sığorta tarifi — icbari sığorta müqaviləsi üzrə sığorta haqqının hesablanması üçün müəyyən olunan əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi;
Müqavilənin dəyişdirilməsi və ləğvi
Sığortalı Sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində dəyişikliklər edildikdə, sığortalı belə dəyişikliklərin edildiyi tarixdən 7 iş günü müddətində sığortaçını müqavilədə müvafiq dəyişikliyin edilməsi üçün bu barədə məlumatlandırmalıdır.
Qeyd: Misal üçün işçi sığorta olunanda sonra 6 ay sonra işdən çıxarsa, müəssisənin həmin işçiyə görə ödədiyi sığorta haqqının bir qismi yəni yəni 6 ay müddətinə görə sığorta haqqı çıxılaraq qalan sığorta haqqı qaytarılır və ya yeni daxil olan işçinin sığorta haqqı ilə əvəzləşdirilir.
Sığorta tarifi
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədilə peşə riskinin dərəcələrindən asılı olaraq 14 kateqoriya Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunub. Fəhlə heyət üçün tarif qulluqçu heyətdən daha yüksək müəyyən olunub.
Mebellərin istehsalı risk dərəcəsində görə 9-cu kateqoriyaya aiddir, Təhsil – 2-ci, Xam neft və təbii qaz istehsalı -14-cü kateqoriyaya aiddir. Peşə riskinin dərəcəsindən və sığorta olunanın kateqoriyasından asılı olaraq sığorta tarifi 0.2%-dan 2% dək artıq olmamağı şərti ilə müəyyən edilir.
Məsələ, mebel düzəldən fəhlənin aylıq əmək haqqı 200 manatdırsa onda onun 1 illik sığorta haqqını hesablayaq. İlk öncə 1 illik əmək haqqı fondunu müəyyən edirik 200*12=2400, sonra isə bir illik əmək haqqı fondu risk dərəcəsinə vurub 1 illik sığorta haqqını hesablayırıq: 2400*1,5% =36 AZN. Beləliklə işə götürən işçisinin həyatını 1 il müddətinə sığortalamaq üçün sığorta şirkətinə 36 AZN ödəyəcək.
Peşə riskinin Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (%-lə)
sinfi Qulluqçu heyəti üzrə Fəhlə heyəti üzrə
1 0,2 0,4
2 0,2 0,5
3 0,2 0,6
4 0,2 0,8
5 0,2 0,9
6 0,3 1,0
7 0,3 1,2
8 0,3 1,4
9 0,4 1,5
10 0,4 1,6
11 0,4 1,7
12 0,5 1,8
13 0,5 1,9
14 0,5 2,0

İqtisadi fəaliyyət növü
1-ci risk sinfi
Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi
Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət
İnformasiya xidmətləri fəaliyyəti
Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa)
Sığorta, təkrarsığorta və pensiya təminatı
Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr
Reklam fəaliyyəti və bazarın öyrənilməsi
Məşğulluq sahəsində fəaliyyət
Səyahət agentliklərinin və turoperatorların əvvəlcədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət
Mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməs
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat
İctimai birliklərin (təşkilatların) fəaliyyəti
Toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti
2-ci risk sinfi
Avtomobillərin satışı
Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların satışı
Avtomobil və motosikletlərin satışından başqa, topdan satış
Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış
Poçt və kuryer fəaliyyəti
İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstərilməsi
Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət
Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət
Məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyət
Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
Memarlıq, mühəndis axtarışları və bu sahələrdə texniki məsləhətlərin verilməsi
Təbii və texniki elmlər sahəsində tədqiqatlar və işləmələr
Digər peşəkar, elmi və texniki fəaliyyət
Kirayə və lizinq fəaliyyəti
Təmizlik işləri üzrə fəaliyyət
Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət
Təhsil
Səhiyyə sahəsində fəaliyyət
Sosial xidmətlərin göstərilməsi
Yaşayışla təminatsız sosial xidmətlərin göstərilməsi
İncəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əyləncəli tədbirlərin həyata keçirilməsi
Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti
Qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət
İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyə
Sair fərdi xidmətlərin göstərilməsi
3-cü risk sinfi
Birillik bitkilərin becərilməsi
Çoxillik bitkilərin becərilməsi
Bitkilərin çoxaldılması (əkilməsi)
Heyvandarlıqla əlaqəli bitkiçilik
Geyim istehsalı
Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması
Oyun və oyuncaqların istehsalı
Nəşriyyat fəaliyyəti
Baytarlıq fəaliyyəti
4-cü risk sinfi
Heyvandarlıq
Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi
Balıqyetişdirmə
Süd məhsullarının istehsal
Sabun və yuyucu tozların, təmizləyici və cilalayıcı vasitələrin, ətriyyat və kosmetika vasitələrinin istehsal
Əczaçılıq məhsullarının istehsalı
Motosikletlərin, onların hissələrinin, qovşaqlarının və ləvazimatlarının satışı, motosikletlərə texniki xidmət və təmiri
Yardımçı-texniki xidmətlərin fəaliyyəti
Muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti
5-ci risk sinfi
Ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidmətin göstərilməsi
Ət məhsullarının istehsalı (emalı)
Dəyirman-ding sənayesi məhsullarının nişasta və nişasta məhsullarının istehsalı
Un və un məmulatlarının istehsalı
Heyvanlar üçün hazır yemlərin istehsalı
İçki istehsalı
Toxuculuq sənayesi
İstintaqın aparılması və təhlükəsizliyin təminatı
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı
Mərkəzi istilik qazanlarından başqa buxar qazanlarının istehsalı
İdman sahəsində fəaliyyət
6-cı risk sinfi
Sair qida məhsullarının istehsali
Kompüter, elektron və optik məhsulların istehsalı
Zərgərlik məmulatların və süni daş-qaşların istehsalı
Musiqi alətlərinin istehsalı
İdman mallarının istehsalı
Digər qruplara daxil edilməyən müxtəlif məhsulların istehsalı
Bəzək və tamamlayıcı işlər
Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti
Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri
7-ci risk sinfi
Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi
Bitki və heyvan yağları və piylərinin istehsalı
Tütün məmulatlarının istehsalı
Kağız və karton istehsalı
Şüşə və şüşədən məmulatların istehsalı
Odadavamlı məmulatların istehsalı
Gildən sair tikinti məmulatlarının istehsalı
Sair çini və saxsı məmulatların istehsalı
Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri
Bıçaq məmulatlarının, alətlərin və dəmir məmulatlarının istehsalı
Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tullantılarından təkrar istifadə edilməsi
Boru kəməri nəqliyyatının fəaliyyəti
Texniki sınaq və nəzarət
8-ci risk sinfi
Rezin və plastmas məmulatların istehsalı
Gəmiqayırma
Hazır metal məmulatlarının, maşın və avadanlıqların təmiri
Şəhərlərarası dəmir yolu xətti ilə sərnişin daşınması
Dəmir yolu vasitəsi ilə yük daşınması
Su nəqliyyatının fəaliyyəti
Hava nəqliyyatının fəaliyyəti
Rabitə
9-cu risk sinfi
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı
Silah və hərbi sursat istehsalı
Dəzgahların istehsalı
Mebellərin istehsalı
Tibbi və stomatologiya təcrübəsində tətbiq olunan alətlərin istehsalı
Digər tullantıların yığılması və məhv edilməsi
Sair quru yol nəqliyyatının fəaliyyəti
Yük avtomobil nəqliyyatlarının fəaliyyəti
10-cu risk sinfi
Boya və lakların istehsalı
Sair kimyəvi məhsulların istehsalı
Süni və sintetik kimyəvi liflərin istehsalı
Metalın döyülməsi, preslənməsi, ştamplanması və profillənməsi, toz metallurgiyası
Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı
Elektrik lampaları və işiqlandırıcı avadanlıqların istehsalı
Məişət cihazlarının istehsalı
11-ci risk sinfi
Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi
Abraziv məmulatların və sair qeyri-metal mineral məhsulların istehsalı
Sair hazır metal məmulatlarının istehsalı
Ümumi təyinatlı sair maşınların istehsalı
12-ci risk sinfi
Balıqçılıq
Çuqun, polad və ferroərinti istehsalı
Poladdan boru, içi boş profillər və birləşdirici hissələrin istehsalı
Elektrik mühərriklərinin, generatorlarının, transformatorların və elektrik paylayıcı və tənzimləyici cihazlarının istehsalı
Sair elektrik avadanlıqlarının istehsalı
Ümumi təyinatlı avadanlıqların istehsalı
Kənd və meşə təsərrüfatı üçün maşın və avadanlıqların istehsalı
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı
Dəmir yolu nəqliyyatı vasitələrinin istehsalı
Hərbi avtomobillərin istehsalı
Digər qruplara daxil edilməyən nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı
Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri
13-cü risk sinfi
Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməs
Koks və təmizlənmiş neft məhsullarının istehsalı
Əsas kimyəvi maddələrin, gübrə və azot birləşmələrinin, ilkin formalarda plastik kütlə və sintetik kauçukun istehsalı
Sement, əhəng və gips istehsalı
Əlvan metalların istehsalı
Metal tökmə
Xüsusi təyinatli sair maşin və avadanlıqların istehsalı
Sənaye maşın və avadanlıqlarının quraşdılrılması
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
Suyun yığılması, təmizlənməsi və paylanması
Çirkli suların yığılması və emal
Binaların sökülməsi və tikinti sahəsinin hazırlanması
Elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması
İxtisaslaşdırılmış tikinti işləri
14-cü risk sinfi
Daş kömür və liqnit hasilatı
Xam neft və təbii qaz hasilatı
Metal filizlərinin hasilatı
Mədənçıxarma sənayesinin digər sahələri
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
Aqrokimyəvi məhsulların istehsalı
Beton, gips və sementdən məmulatların istehsalı
Dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması
Çuqun və poladın sair ilkin emalı
Metaldan tikinti konstruksiyaları və məmulatlarının istehsalı
Metal sisternlərin, radiatorların və çənlərin istehsalı
Batareyaların və akkumulyatorların istehsalı
Kosmik aparatlar da daxil olmaqla uçan aparatların istehsalı
Binaların tikintisi
Mülkü təyinatlı inşaat işləri
Sığorta ödənişi növləri:
-
Aylıq sığorta ödənişi
Sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmək qabiliyyəti itirilməsi ilə bağlı itirilmiş əmək haqqı əvəzində pul təzminatıdır. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.
-
Birdəfəlik sığorta ödənişi
Aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Aşağıdakı hallarda verilir:
-
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik müayinə göstərilmədən təyin edildikdə;
-
Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda
-
sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
-
Əlavə sığorta ödənişi
Zərər çəkmiş sığorta hadisəsi nəticəsində müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, xüsusi nəqliyyat vasitəsi əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərini ödənilməsi üçün.
Sığorta ödənişindən imtina əsasları
Sığortaçı aşağıdakı hallarda sığorta ödənişindən imtina edir:
-
sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;
-
sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
-
Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” məhsulu üzrə müştəri üçün faydaları:
-
Sabaha inam - sığorta hadisəsi baş verdikdə sığorta şirkəti müvafiq ödənişləri təmin edəcək, yəni sığortalı özü heç bir ödəniş etmir
-
Cərimə sanksiyalarından müdafiə ( hüquqi şəxslərə 5000 AZN, fiziki şəxslərə 500 AZN)
-
Yüksək olmayan sığorta haqqı – kiçik məbləğə böyük miqdarda ödənişlərin verilməsi imkanı (sığorta məbləği işçinin illik əmək haqqından 10-15 dəfə artıqdır)
-
Qanun qarşısında yerinə yetirilmiş öhdəlik – müştəri tərəfindən özünü qəbul olunmuş qayda və normalara ciddi riayət edən şəxs kimi tanınması
-
İşçilərin bu sığorta məhsulu üzrə sığorta olması motivasiya aləti kimi istifadə oluna bilər.