FİN (PİN) kod

Fərdi İdentifikasiya Nömrəsi (Personal Identification Number)

Azərbaycan Respublikasının vətəndaşların birmənalı eyniləşdirilməsi məqsədi ilə, Azərbaycan Respublikasında dövriyyədə olan bütün Şəxsiyyət vəsiqələrində və Pasportlarda istifadə olunan unikal açardır. Hər Azərbaycan Vətəndaşının öz unikal FİN kodu var. Şəxsiyyət vəsiqəsini dəyişəndə FİN kod dəyişmir.  

FİN kodda o hərifi olmur, 0 rəqəmi olur.

FİN kod – köhnə nəsil şəxsiyyət vəsiqələrində sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.  Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kodu isə 7 simvoldan ("İ" və "O" hərfləri istisna olmaqla ingilis əlifbasının hərflərindən və rəqəmlərdən) ibarətdir.  Vəsiqənin FİN-kodunu axırıncı sətirdə çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir. Misal üçün, şəkildəki şəxsiyyət vəsiqəsində qırmızı çərçivəyə alınmış 7 simvol ("94FMDDD") FİN-koddur, sonuncu simvol isə, yəni "4" rəqəmi, nəzərə alınmır.

Yeni nəsil şəxsiyyət vəsiqələrində isə FİN kod şəkil olan üzdə ayrıca qeyd edilir.

Aşağıdakı şəkildə həm köhnə nəsil şəxsiyyət vəsiqəsində, həmdə yeni nəsil şəxsiyyət vəsiqəsində FİN kod göstərilmişdir.

 

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon