Əsas məqsədi:
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin (digər şəxslərin) sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Qeyd: bu sığorta məhsulu yaşayış evləri və mənzillərə aid deyil.
Sığorta obyekti:
İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.
Sığorta hadisəsi:
-
Elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticəsi
-
Qaz partlayışı
-
Elektrik naqillərində baş verən qısa qapanma
-
Su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində su basma
-
Hər hansı predmetin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər formalarda təsiri.
Sığorta məbləği: 100.000
-
Fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat.
-
əmlaka dəyən zərər üzrə 50.000 manat
Sığorta haqqının məbləğinin müəyyənləşdirilməsi qaydası
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqqının məbləği iqtisadi fəaliyyət növlərindən asılı olaraq risk qrupları üzrə (Cədvəl) aşağıdakı kimi müəyyən olunur:
Risk qrupu Sığorta haqqı
(manat)
1 30
2 60
3 90
4 120
Sığorta haqlarının məbləğinin müəyyən edilməsi məqsədi ilə sığorta riskinin qrupları aşağıdakı qaydada müəyyənləşdirilir:
Qeyd: inzibati binalar onların mülkiyyətçisinin və ya üzərindəfaktiki sahibliyə malik olan digər şəxsin həyata keçirdiyi iqtisadi fəaliyyətin növündən asılı olmayaraq 1-ci risk qrupuna aid edilir.
Risk İqtisadi fəaliyyət növlərinin bölgüsü
qrupu
Maliyyə və siğorta fəaliyyəti
1 Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat
Toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
İnzibati və yardımçı xidmətlərin göstərilməsi
Təhsil
Peşə, elmi və texniki fəaliyyət
2 İnformasiya və rabitə
Digər sahələrdə xidmətlərin göstərilməsi
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
Nəqliyyat və anbar təsərrüfatı
3 Topdan və pərakəndə ticarət, avtomobillərin və
motosikletlərin təmiri
Su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış
hava ilə təchizat
4 Emal sənayesi
Yaşayışın təşkili və ictimai iaşə
Mədənçıxarma sənayesi
Tikinti
