Əsas məqsəd:

Daşınmaz əmlakın icbari sığortası - daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu sığorta müqaviləsini həyata keçirməklə siz öz əmlakınızı qoruma altına almış olursuz.

Qeyd: bu sığorta məhsulu yaşayış evləri və mənzillərə aid deyil.

 

Sığorta obyekti:

Daşınmaz əmlakın sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, mağazalar, anbarlar, qurğular, sahələr başa düşülür.

 

Sığorta hadisəsi:

  • Yanğın, ildırım düşməsi

  • Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı

  • Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı.

  • Elektrik naqillərində baş verən qısa qapanma

  • Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində su basma

  • Hər hansı predmetin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər formalarda təsiri.

  • Yerüstü nəqliyyat vasıtəsinin dəyməsi

  • Təbii fəlakətlər- zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi 

       Qeyd: qrunt sularının səviyyəsinin dəyişməsi sığorta hadisəsi hesab olunmur

  • Üçüncü (kənar) şəxslərin hərəkətləri

Cərimə:

İcbari Xətalar Məcəlləsinin  469-cu maddəsinə əsasən,  icbari  sığorta olmadıqda cərimə tətbiq edilir:

  • Fiziki şəxslər             30 AZN

  • Vəzifəli şəxslər         80 AZN

  • Hüquqi şəxslər      200 AZN

Qeyd: Cərimə tətbiq edildikdən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlanmalıdır, əks təqdirdə yenidən cərimə tətbiq ediləcək.

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon