    SIĞORTA TƏMİNATININ NÖVLƏRİ
Bədbəxt hadisə nəticəsində ölüm;

Bədbəxt hadisə nəticəsində əlillik 

Bədbəxt hadisə nəticəsində yaranan tibbi xərclər.

    SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (SIĞORTA RİSKLƏRİ)

12.1.Fərdi qəza sığortası üzrə bu qaydalar daxilində sığortalının (sığorta olunanın) iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisələrin nəticələrinə qarşı təminat verilir.

    Aşağıdakılar nəticəsində baş verən və “sığorta təminatının növləri” ilə nəticələnən hallar (sığorta şəhadətnaməsində göstərildiyi təqdirdə) sığorta hadisəsi hesab edilir:

Ümumi hallar riski- kənar cisimlərin dəyməsi, yanma, donma, suda boğulma, günəş vurması, sınıqlar, elektrik çərəyanının vurması;

Təbii hallar riski - zəlzələ, sel, vulkan püskürməsi, torpaq sürüşməsi, tufan, fırtına, uçqun, güclü yağış, qar;

İdman yarışları riski- bütün növ idman müsabiqələri, o cümlədən, sürət yarışları, alpinizm, qar və ya buz üzərində idman oyunları, maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıqqaldırma və digər peşəkar idman növləri;

Ovçuluq riski - balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;
Zəhərlənmə riski – bütün növ qazlardan zəhərlənmə, yeməkdən zəhərlənmə;

Heyvan təcavüzü riski - heyvanın dişləməsi, ilan və ya digər həşəratların vurması və ya çalması;

Hərbi risklər - döyüş bölgəsində atəşkəsin pozulması halları istisna olmaqla hərbi qulluqçularınn hərbi xidmət vəzifələrini yerinə yetirdikləri hallar;

Terrorizm riski - terrorizm və sabotaj halları;

Digər risklər- digər risklədə qeyd olunmayan və istisnalara aid olmayan bütün digər hallar.

    SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
Sığorta təminatı aşağıdakılar nəticəsində baş verən halları əhatə etmir:

Müharibə və hərbi vəziyyətin tətbiqi ilə əlaqədar hərbi əməliyyatlarda iştirak halları;

Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, üsyan, qiyam, tətil, inqilab, ictimai iğişaş, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi (qeyd: bu istisna hərbi qulluqçulara 13.1.1. maddəsi nəzərə alınmaqla tətbiq edilir);

Sığortalının (sığorta olunanın) cinayət törətməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti alması;

Sığortalının (sığorta olunanın) təhlükədə olan insan və əmlakı xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;

Nüvə partlayışı, radiasiya və radiaktiv çirklənmə;

Bütün növ xroniki, peşə və digər istənilən növ xəstəliklər və onların nəticələri;
Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara təşəbbüs halları;

Spirtli içki qəbulu nəticəsində ölüm və xəsarət, sığorta təminatına daxil olan halın tələb etmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;

Sığorta təminatına daxil olan halın tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu;
Sığorta olunanın özünə qəsdən bədən xəsarəti yetirməsi;
Sığorta olunanın cəzaçəkmə müəssisəsində (həbsxanada və s.) olduğu müddət ərzində baş verən hadisələr;

Zöhrəvi xəstəliklər, qazаnılmış immunçаtışmаmazlığı sindrоmu (QİÇS) və immun çаtışmаmazlığı virusu (IÇV) ilə əlаqədаr mеydanа gələn bütün xəstəliklər (yoluxmanın hansı səbəbdən və kimin təqsiri üzündən baş verməsindən asılı olmayaraq);

Sığorta müqaviləsi bağlanan zaman mövcud olan əmək qabiliyyətsizliyi (əlillik);

İstənilən növ azbest məhsullarının istehsalı, satışı ilə məşqul olana və ya digər şəkildə əlaqədə olan şəxslərin sonradan peşə xəstəliyinə tutulması;

Mənəvi zərərin təmin olunması ilə bağlı irəli sürülən tələblər (iddialar);

Sığorta ödənişini almaqda marağı olan şəxsin sığorta olunanı öldürməsi və ya hər hansı şəkildə bu əməldə iştirakı
halları;

İdarə edilməsi üçün xüsusi icazə tələb olunan nəqliyyat vasitəsinin belə icazə olmadan Sığorta olunan tərəfindən idarə edilməsi;

Sığorta olunanın da içərisində olduğu nəqliyyat vasitəsinin idarəsini sürücülük vəsiqəsi olmayan və ya spirtli içkilərin, narkotik maddələrin təsiri altında olan şəxsə verməsi;
Sığorta olunanın özünün öz üzərində və ya Sığortalının təlimatı ilə hər hansı digər şəxsin Sığortalıya tətbiq etdiyi terapevtik və ya operativ müayinə metodlarının tətbiqi nəticəsində Sığorta olunanın səhhətinə ziyan dəyməsi.
 

14. SIĞORTA TƏMİNATININ NÖVLƏR ÜZRƏ ÖDƏNİŞ QAYDASI

14.1 Bədbəxt hadisə nəticəsində ölüm;

Sığorta olunan, sığorta hadisəsinin baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixindən etibarən bir il ərzində həmin hadisədən aldığı zədədən vəfat edərsə, sığorta məbləği sığorta müqaviləsində göstərilən faydalanan şəxsə, o, yoxdursa, sığortalının (sığorta olunanın) qanuni varislərinə ödənilir. Ölüm halında sığorta ödənişi sığorta məbləğinin 100%-i miqdarında müəyyən olunur.

14.2 Bədbəxt hadisə nəticəsində əlillik;

Sığorta olunan, sığorta müqaviləsi ilə təminat verilən hadisənin baş verdiyi anda və ya hadisənin baş vermə tarixindən etibarən bir il ərzində həmin hadisədən aldığı zədədən ömürlük əlil olarsa, ömürlük əlil olmaya görə verilən sığorta məbləği tibbi müalicənin başa çatmasından və ömürlük əlil olmanın qəti olaraq təsdiq edilməsindən sonra ödəniş cədvəlində göstərilən nisbətlərə uyğun olaraq sığortalıya ödənilir. Bədbəxt hadisə nəticəsində daimi əlillik halında sığorta ödənişi əlillik qruplarına müvafiq olaraq sığorta məbləğinin %-i nisbətində müəyyən olunur. I qrup əlillik-100%; II qrup əlillik-80%; III qrup əlillik- 60%. Sığorta müqaviləsi imzalanan zaman, qeyd olunan ödəniş forması sığortalının istəyi ilə ödəniş cədvəli ilə əvəz oluna bilər.
14.3. Fərdi qəza nəticəsində yaranan tibbi xərclər.
Şəhadətnamədə ayrıca göstərməklə, sığorta hadisəsi nəticəsində yaranan müalicə xərcləri, o cümlədən dərman, radioqrafiya, vanna, massaj, xəstəxana və həkim xərcləri sığorta şəhadətnaməsində bu təminat üçün göstərilən məbləğ həddində ödənilir. Qəza nəticəsində təbii və ya süni dişlərə dəyən xəsarətin aradan qaldırılması üçün çəkilən protez xərclərinə görə verilən sığorta ödənişi müalicə xərcləri məbləğinin 10%-dən çox ola bilməz. Müalicə xərcləri üçün sığortalının işlədiyi müəssisə və ya qanunvericiliyə əsasən müəyyən edilmiş icbari sığortaya əsasən verilən bütün ödənişlər sığortaçının ödəyəcəyi ödənişdən çıxılır.

Müalicə xərclərinin müxtəlif sığortaçılar tərəfindən ödənilməsi hallarında bu xərclər həmin sığortaçılar arasında onların təminat nisbətinə uyğun olaraq bölüşdürülür.

Qeyd: Bədənin bir üzvünün və ya üzvün bir hissəsinin itirilməsi dedikdə, həmin üzvün və ya üzvün bir hissəsinin öz funksiyasını tam itirməsi başa düşülür.

Hadisə baş verməmişdən əvvəl də öz funksiyasını tam itirmiş olan bədən üzvünün və ya üzvün bir hissəsinin itirilməsinə görə sığorta ödənişi verilmir.

Hadisə baş verməmişdən əvvəl qismən əlil olmuş bədən üzvünün və ya üzvün bir hissəsinin əlillik nisbəti hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır.

Eyni bir hadisə nəticəsində bədənin müxtəlif üzvlərində və ya müxtəlif üzvlərin hissələrində əmələ gələn əlilliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən çox ola bilməz. Sığorta olunan solaxay olarsa, ödəniş cədvəlində sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir.

Ömürlük əlillik təminatı almış sığortalı, hadisənin baş verdiyi tarixdən etibarən bir il ərzində həmin hadisə nəticəsində vəfat edərsə, sığortalıya ömürlük əlil olmağa görə verilmiş ödəniş ilə ölüm təminatı ödənişi arasındakı fərq onun hüquqi varislərinə ödənilir.

15. BƏDBƏXT HADİSƏNİN NƏTİCƏSİNİN AĞIRLAŞMASINA GÖRƏ ÖDƏNİŞ

15.1. Sığorta hadisəsindən meydana gələn xəsarətlərin nəticəsi qəzadan əvvəl mövcud olan və ya sonradan meydana gələn, lakin hər halda qəza ilə heç bir əlaqəsi olmayan sığortalının günahı ucbatından müalicənin düzgün və ya keyfiyyətsiz aparılmasına görə sığortalının vəziyyəti ağırlaşarsa, ödənilməli olan ödənişin məbləği ağırlaşmış nəticəyə görə deyil, eyni hadisənin tamamilə sağlam bir şəxsdə tibbi müalicənin tam və düzgün bir şəkildə aparılması şərtilə tələb edilən müalicə xərclərinə uyğun müəyyən edilir.
 

ÖDƏNİŞ CƏDVƏLİ

Bədən xəsarətləri    Sığorta məbləğinin faiz mıqdarı
 

Email:  rashad.valiyev.s@gmail.com                 Mob: 055-725-05-15                             Biz sosial şəbəkədə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon