Avtonəqliyyat vasitəsini kimlər sığortalaya bilər:
-
Avtonəqliyyat vasitəsinin sahibi
-
Yaxud etibarnamə ilə istismar edən şəxs
Sığorta məbləği: 55.000 azn
-
Əmlaka dəyən zərər – 5000 azn
-
Sağlamlığa dəyən zərər:
-
Bir hadisə üzrə limit – 50.000 azn
-
Bir fiziki şəxsin sağlamlığına dəyən zərər – 5000 azn
Qeyd: Sığorta məbləği üzrə limit hadisələrin sayından asılı olmayaraq dəyişmir. Misal üçün sürücü bu gün hər hansı avtomobilə 7000 manat zərər versə sığorta şirkəti müqavilədə qeyd olunduğu kimi qarşı tərəfin əmlakına dəyən zərərin 5000 manatını ödəyir, qalan 2000 manatı isə zərər vuran özü ödəməlidir. Həmin şəxs sabah birdaha qəza törətsə eyni qaydada 5000 manata qədər sığorta şirkəti öhdəlik daşıyır.
Aşağıdakı hallarda səlahiyyətli orqanın (YPX) verdiyi yol-nəqliyyat haqqında arayış tələb olunmaya bilər:
-
Hadisə iştirakçılarının razılığını təsdiq edən protokol sığortaçıya təqdim olunduqda
-
Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti sığortalanmış olduqda
-
Hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda
-
Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə
-
Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmadıqda
Şərtlərin pozulması:
-
Nəqliyyat vasitəsi sürücülük hüququ olmayan şəxsə verildikdə
-
Sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikdə
-
Sürücünün hadisə yerindən qaçıb getdikdə
-
Nəqliyyat vasitəsi öz təyinatı üzrə istifadə edilmədikdə ( misal: minik maşını yük maşını kimi istifadə ediləndə)
Qeyd: Yuxarıda qeyd olunan şərtlər pozulduğu halda belə sığorta şirkəti təqsirkarın əvəzindən zərərçəkənə sığorta ödənişi həyata keçirə bilər. Lakin həmin ödənişi təqsirkardan məhkəmə yolu ilə tələb etmək hüququna malikdir.
Cərimə:
İcbari Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, avtomobillərin icbari sığortası olmadıqda cərimə tətbiq edilir:
-
Fiziki şəxslər 50 AZN
-
Vəzifəli şəxslər 100 AZN
-
Hüquqi şəxslər 300 AZN
Qeyd: Cərimə tətbiq edildikdən sonra 20 gün ərzində sığorta müqaviləsi bağlanmalıdır, əks təqdirdə yenidən cərimə tətbiq ediləcək.